Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta məzənnələrini açıqladı: Manata təhlükə artır?-AÇIQLAMAbackend

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta məzənnələrini açıqladı: Manata təhlükə artır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rublun dəyərinin düşməsində Rusiyaya tətbiq edilən sanksiyalar böyük rol oynayıb. Lakin bundan əvvəl qazın qiymətinin kəskin ucuzlaşması, neftin qiymətində yüksək səviyyənin müşahidə olunmaması da valyutaya təsir edən amillərdəndir”.

Bu fikirləri Editor.az-a iqtisadçı ekspert Xalid Kərimli Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi valyuta məzənnələri açıqlayarkən qeyd edilən statistikaya  ( 1 rusiya rublu 0,0206 manat təşkil edib, 1 Avro 1,8261 manata kimi, 1 türk lirəsi isə 0.0720 manata kimi ucuzlaşıb) münasibət bildirərkən deyib.

O, keçən il Rusiyaya müxtəlif istiqamətlərdə tətbiq olunan sanksiyalara diqqət çəkib:

“Lakin həmin qadağalar və məhdudiyyətlərin rubla təsiri olmamamışdı. Qiymətlərin düşməsi rublu aşağı saldı. Lirənin dəyərinin düşməsi isə Türkiyədə keçirilən prezident seçkilərinin nəticəsindən daha çox AKP hökumətinin apardığı siyasətin nəticəsidir. Belə ki, AK Parti uzun müddətdir ki, ucuz pul siyasəti həyata keçirir. Seçkilərdə də AKP qalib gəldiyi üçün bu siyasətin davam edəcəyinə dair gözləntilər var “.

Ekspert vurğulayıb ki,  Rusiya və Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır:

“Hər iki ölkədə müşahidə edilən bu kimi amillər də manata təzyiq formalaşdırır. Valyutalar aşağı düşdüyünə görə, Türkiyə və Rusiyadan idxalın dəyəri ucuzlaşır,  manatda ixracı isə bahalaşdırır. Bir sözlə, bu hal manata neqativ təsir göstərir. Lakin enerji qiymətlərinin və inflyasiyanın yüksək olduğu indiki məqamda manata ciddi risk yoxdur “.

//Safura Bənnayeva, Editor.az