Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.
Editor.az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 2-ci maddəsinə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı”.
Həmçinin “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə“, eləcə də yubiley medalının təsviri təsdiq olunub.