Azərbaycan milli təhlükəsizliyini zəmanət altına aldı – TARİXİ SƏNƏDbackend

Azərbaycan milli təhlükəsizliyini zəmanət altına aldı – TARİXİ SƏNƏD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşa Bəyannaməsinin bir neçə aspekti var. O aspektlərdən biri də təhlüksəzlik məsələsidir”

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması Ermənistanda faşizm ideologiyası ilə yaşayan siyasi dairələrə bir mesajdır:

“Bu, regionda mövcud olan hazırki geosiyasi dinamikanı və geosiyasi prosesləri özündə əks etdirən sənəddir. 100 il bundan əvvəl Qars müqaviləsi imzalanmışdı, həmin müqavilə Naxçıvanın Türkiyənin təhlükəsizlik zəmanəti altına girməsini təmin etmişdi və 100 ildən sonra Şuşa Bəyannaməsinin imzalanması ilə artıq Qarabağ regionu, bütövlükdə Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi hesab olunmağa başladı. Bax, Şuşa Bəyannaməsinin ən önəmli xüsusiyyətlərindən biri budur.

Və xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gün regionda son dərəcə narahatedici proseslər gedir. Ermənistanda hələ də bəzi siyasi dairələr revanşizmi alovlandırmağa, faşizmi yenidən dirçəltməyə çalışırlar. Prezident İlham Əliyev Gəncədə verdiyi müsahibəsində də xüsusi olaraq qeyd etdi ki, bu gün həm bizi, həm də bütövlükdə regionu narahat edəcək bir sıra hadisələr baş verir. Faşizmin yenidən dirçəlməsi təbii ki, bizim üçün, bütün region üçün böyük təhdidlər yarada bilər. Gələcəkdə erməni faşizminin tamamilə məhv olunması və yaxud da erməni faşizminin ilk növbədə Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər törətməməsi və bütövlükdə regionda sülhə təhdidlər yaratmaması üçün Şuşa Bəyannaməsinin imzalanması çox mühüm əhəmiyyət kəsb edir. Çünki Şuşa Bəyannaməsinin imzalanması Ermənistanda faşizm ideologiyası ilə yaşayan siyasi dairələrə bir mesajdır: Yəni siz qəti şəkildə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilməzsiniz. Siz əvvəllər Azərbaycandakı türk-müsəlman toplumuna qarşı mövcud olan o xislətinizi, məkrli planlarınızı davam etdirsəniz, qarşısınızda Türkiyə-Azərbaycan birliyini görəcəksiniz.

Azərbaycan Prezidentinin Gəncədə verdiyi müsahibədən sonra Şuşa bəyannaməsinin Azərbaycan parlamentində təsdiq olunması həm də simvolik dövr baxımından əhəmiyyət daşıyır və üst-üstə düşür. Təbii ki, bundan sonra biz güclü olmalıyıq, nəyin bahasına olursa-olsun öz milli təhlükəsizliyimizi zəmanət altında saxlamalıyıq. Dövlət başçımız da açıq şəkildə bildirdi ki, biz sülhün tərəfdarıyıq, amma eyni zamanda biz görürük ki, bəzi xoşagəlməz hadisələr baş verir və həmin o hadisələr təkcə bizə qarşı müəyyən mənfi təhdidlər yaratmaqla kifayətlənməyib, eyni zamanda regionda sülh və etimad quruculuğu prosesinə maneçilik törədəcək və sülhü qorumaq üçün biz güclü olmalıyıq”.