Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcəkbackend

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya ilə üz-üzə gələcək.

Dublin şəhərindəki Milli Basketbol Arenasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb. Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.