Azərbaycan millisi Ermənistanı məğlub edibbackend

Azərbaycan millisi Ermənistanı məğlub edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.

Oxu.Az-ın məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.

Cəbəllüttariqdə gerçəkləşən qarşılaşma millimizin qələbəsi ilə bitib – 86:59.

U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.