Azərbaycan millisinin üzvü qadın paltarında – VİDEObackend

Azərbaycan millisinin üzvü qadın paltarında – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boks üzrə Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor tez-tez qalmaqallı hərəkətləri ilə gündəmə gəlir. 2016-cı il Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan sonra heç bir ciddi uğura imza atmayan yüksəködənişli legioner bunun əvəzini şəxsi həyatındakı qalmaqallı hərəkətləri ilə çıxır.

Tez-tez kef məclisi quran, qadınlarla eyş-işarət məclisləri təşkil edən və bunu sosial media hesabından paylaşan kubalının intizamsızlığı idman ictimaiyyətini qəzəbləndirsə də, Boks Federasiyası onun şıltaqlığına israrla göz yumur. Yüksək məbləğdə maaş alan, federasiyanın qayğısını daim öz üzərində hiss edən boksçu da bundan ruhlanaraq şıltaqlıqlarını davam etdirir.

Kef məclislərindən görüntülərini sosial media hesablarından paylaşan Sotomayorun daha bir qalmaqallı videosu qadın paltarında çəkilib. O, bir müddət əvvəl “Instagram” hesabında paylaşdığı videoda qadın paltarı geyinib və bir xanımla rəqs edir.

Həmin videonu təqdim edirik.