Azərbaycan millisinin üzvü Rumıniya Kubokunun qalibi oldu – FOTObackend

Azərbaycan millisinin üzvü Rumıniya Kubokunun qalibi oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya Kubokunun qalibi olub.

Oxu.Azxəbər verir ki, 28 yaşlı oyunçunun çıxış etdiyi “CSM Luqoj” finalda “CSM Tarqoviste”ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib.

Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.

Qeyd edək ki, “CSM Luqoj” cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.