Azərbaycan Minsk qrupundan rəsmən imtina etməlidir-AÇIQLAMAbackend

Azərbaycan Minsk qrupundan rəsmən imtina etməlidir-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATƏT Minsk qrupunun həmsədrlərinin Ermənistan və Azərbaycan dövlət sərhədində baş verən böhranla bağlı verdiyi bəyanat konkret olaraq böhranı dərinləşdirməkdən ibarətdir. Minsk qrupunun məşğul olduğu münaqişə başa çatıb və bununla mandatı bitmiş hesab edilir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi hüquqi-siyasi olaraq Minsk qrupundan rəsmən imtina etməlidir:

“Həmsədrlərin dövlət sərhədində baş verən insdentlərlə bağlı bəyanatı və onların vasitəçiliyi altında danışıqlar aparılmasına çağırması hüquqi və siyasi baxımdan yanlışdır. Çünki, onlara belə bir mandat verilməyib.Minsk qrupunun Qarabağda ermənilərin statusu ilə bağlı məsələni qabardılması və bu aspketdə danışıqların aparılmasına gəldikdə isə, bu münaqişənin bitməməsi və yeni böhrana gətirib çıxara bilər”.

Politoloq qeyd edib ki, Ermənistan və Minsk qrupu həmsədrləri yekun sülh sazişi istiqamətində status məsələsində həmrəylik nümayiş etdirir. Bu istiqamətdə məsələni BMT Təhlükəsizlik şurasına çıxarılması gözlənilir.

//Gülnarə Abasova, Editor.az