Azərbaycan MN: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”backend

Azərbaycan MN: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Editor.az a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, – nazirlikdən qeyd olunub.