Azərbaycan MN: “Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıb”backend

Azərbaycan MN: “Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.