Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilirbackend

Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilir.

Editor.az xəbər verir ki, brifinqdə qurumun Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov danışır.

O, Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verir.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.