“Azərbaycan mühüm strateji tərəfdaşımızdır” – İsrailin kəşfiyyat üzrə naziribackend

“Azərbaycan mühüm strateji tərəfdaşımızdır” – İsrailin kəşfiyyat üzrə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan həm geosiyasi, həm də strateji baxımdan İsrail Dövlətinin mühüm strateji tərəfdaşıdır”.

Editor.az xəbər verir ki, bunu İsrail Dövlətinin kəşfiyyat üzrə naziri Eli Koen bu fikri İsraildə Azərbaycan diaspor təşkilatının – “İsraildə Azərbaycan Evi”nin nümayəndələri ilə Knessetdə görüşündə səsləndirib.

İsrail nazirinin sözlərinə görə, İsrail Dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hörmət edir:

“Gələn il biz dövlətlərarası münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin bu uğurlu illəri ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan multikultural dövlət arasında strateji münasibətlərin mühümlüyü və böyük əhəmiyyəti sübut edilib. Bizim dost dövlətlər həqiqətən əsl və etibarlı strateji tərəfdaşlar kimi əməkdaşlıq edirlər və biz həmişə bir-birimizin yanında, çiyin-çiyinə olmuşuq. Avrasiyada heç bir ölkə İsraillə Azərbaycan qədər sıx və ya səmimi əlaqələrə malik deyil”.