backend

Azərbaycan nefti bahalaşmaqda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 26-da 59,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,63 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 26-da 58,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 26-da 56,54 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 26-da 58,81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,5 dollar/barel çoxdur.
//Trend