backend

Azərbaycan neftinin SON QİYMƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 58,37 dollar/barel təşkil edib ki, bu da ötən cümə axşamına olan göstəricidən 1,04 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 57,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,04 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 13-də 55,32 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,25 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 13-də 56,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,18 dollar/barel çoxdur.
 
//Trend