Azərbaycan 2023-cü ilin ilk ayında OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması üzrə üzərinə götürdüyü öhdəlikləri 32,2% yerinə yetirib.
Editor.az bildirir ki, yanvar ayında Azərbaycanda gündəlik hasilat 533 min barel təşkil edib. Kvota isə sutkada 684 min barel səviyyəsində müəyyən edilib.
Nazirlikdən bildiriblər ki, yanvar ayında kondensatla birlikdə neft hasilatının ümumi həcmi sutkada 652 min barel təşkil edib ki, bunun da 119-u kondensatdır. Xatırladaq ki, 2022-ci ilin payızında neft hasilatının azaldılması ilə bağlı OPEC+ sazişinin vaxtı 2023-cü il dekabrın 31-dək uzadılıb.
//Samir Qurbanov, Editor.az

