Azərbaycan ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir – RƏSMİbackend

Azərbaycan ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılması ilə paralel olaraq Azərbaycan ordusunun hissələri və qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir”.

bunu bu gün keçirilən brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Kəlbəcərə bitişik olan ərazilər minalardan təmizlənib:

“Azərbaycan ordusu bu missiyanı bu gün yerinə yetirməyə hazırdır. Postlara hərəkət Göygöl və Daşkəsən istiqamətindən həyata keçiriləcək. Artıq əhalinin tərketmə prosesi baş tutur.

Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir. Heç bir təxribata yol verilmir”.