Azərbaycan Ordusu tərəfindən erməni silahlılarının Yuxarı Veysəllidə apardığı səngər qazıntılarının qarşısı alınıbbackend

Azərbaycan Ordusu tərəfindən erməni silahlılarının Yuxarı Veysəllidə apardığı səngər qazıntılarının qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata grə, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.