Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi – FOTObackend

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına uyğun olaraq fevralın 12-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Mərasimlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimlərdə gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edib, Vətənə sadiq olacaqlarına və layiqli xidmət edəcəklərinə söz veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətdə nizam-intizamlı olmağı, silah və texnikanı dərindən öyrənməyi, Vətənin keşiyində ləyaqətlə dayanmağı arzulayıblar.

Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.