“Azərbaycan ordusunun əsgərdən tutmuş generalına kimi…”backend

“Azərbaycan ordusunun əsgərdən tutmuş generalına kimi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həm Azərbaycan, həm də Ermənistan mətbuatında Azərbaycan ordusunun Sovet dövründəki sərhəd demarkasiyası ilə Qubadlı və Zəngəzur (Ermənistan) rayonlarının sərhəd xəttində yerləşən Şurnux kəndində postunun qurulması və ermənilərə 5 gün ərzində ərazimizi tərk etməsi tələbini yazıblar.

“Yeni Sabah” xəbər verir ki, durumu şərh edən Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyevin sözlərinə görə, bu kənd demək olar ki, sərhəd xəttinin üzərindədir.

“Ermənilərin işğalından sonra kənd ermənilər tərəfindən 20-yə yaxın ev tikməklə genişləndirilib. Azərbaycan ordusunun tələbi o 20 evləri 5 Yanvara qədər ermənilərin tərk etməsi tələbidir. Bu Azərbaycanın azad etdiyi 18 min kvadrat kilometrlik ərazidə mikraskopik bir ərazidir. Ancaq mənim diqqətimi cəlb etdi və bu hadisənin çox böyük əhəmiyyət kəşf etdiyini qeyd etmək istəyirəm.

Bu hərəkət “Azərbaycan heç bir qarış torpağını da işğalçıya verməyəcək” bəyanatının təsdiqidir. Həmin Şurnuğun 10-15 evi verilməyəcək bir qarışdır.

Türkiyə ordusunun iki istiqamətdə Azərbaycanda fəaliyyəti (ərazilərin minalardan təmizləyən və monitoriq qrupunun mütəxissisləri) göstərən ordusu sayın az olmasına baxmayaraq (ancaq Türk ordusunun intlektual hissəsidir) Azərbaycanın müstəqilliyinin qorunması üçün çox böyük rol oynayır.

Türk mütəxissisləri Azərbaycan ordusunun əsgərdən tutmuş generalına qədər bir daha NATO təlimlərini mənimsəməyi davam etdirməli və yoxlamalıdır. Azərbaycan ordusunun 44 gün ancaq hucum etməsinə baxmayaraq verdiyi itgi ermənilərin itgilərindən azı 30 faiz azdır. Ancaq əksinə olmalı idi, yəni bizim ordunun itkisi Ermənistan ordusunun itkilərindən azı 3 dəfə çox olmalı idi. Bunu ordunun təlim sisteminin işğalçı ordunun təlim sistemindən tamamilə fərqli olması ilə izah etmək olar. Yəni Azərbaycan ordusuna ilk növbədə sağ qalmaq və komandanın üzvülərinində sağ qalmasına çalışmaq təlimini keçiblər.

Ermənilərə qarşı müasir texnikanın dəqiqliklə işlədilməsi ilə yanaşı zabit və generalların döyüş taktikasının tamamilə fərqli olması erməniləri güclü sarsıtdı. Bu gün ermənilər Azərbaycanın dronlarından çox onun ağıllı müharibə aparan əsgər və zabitlərindən qorxurlar. Əlahiddə bir şey olmasa hələ uzun müddət bu qorxu hissi onları tərk etməyəcək. Gələcək sülhün möhkəmlənməsi qatar və ya yük daşıyan maşınların Zəgilan-Mehri-Naxçıvan-Yerevan -Türkiyə marşurutu ilə irəliləməsi olacaq. Bu hadisə nə qədər tez başlasa bir o qədər Sülh güclü olacaq. Minsk qrupunun olub olmamasından asılı olmayaraq ən azı RF-Azərbaycan-Ermənistan-Türkiyə transport əlaqələri tarixi müqavilə bağlanmalıdır”.