Azərbaycan Ordusunun polkovnik-leytenantının vəfatı ilə bağlı MN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTObackend

Azərbaycan Ordusunun polkovnik-leytenantının vəfatı ilə bağlı MN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün mətbuatda polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, S.Zülfüqarov hərbi xidmətdə deyil, ehtiyata buraxılıb.

11:44

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.

“Unikal”ın məlumatına görə, hadisə İsmayıllı rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib. O, bir neçə gün öncə məzuniyyətə çıxıbmış.