Azərbaycan Ordusunun şəhid əsgəri Ağstafada dəfn olunub – YENİLƏNİBbackend

Azərbaycan Ordusunun şəhid əsgəri Ağstafada dəfn olunub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda Şəhidlər xiyabanında dəfn olunub.

“Report”un Qərb bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Yaylım atəşindən sonra tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

10.00

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

02.13

Azərbaycan Ordusunun ötən gün Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlunun nəşi ailəsinə təhvil verilib.

“Report”un Qərb bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü T.Əliyevin nəşi Ağstafa rayonuna aparılıb.

O, bu gün rayonun Yenigün kənd qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.