Azərbaycan Ordusunun zabiti faciəli şəkildə HƏLAK OLDUbackend

Azərbaycan Ordusunun zabiti faciəli şəkildə HƏLAK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmov yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, Qaxın Qorağan kəndindən olan Seydullah Məhərrəmov Vətən müharibəsində də iştirak edib.

O, bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, – məlumatda deyilir.