Azərbaycan ordusunun Zod qızıl yatağına tam nəzarət etməsi ilə bağlı AÇIQLAMA – VİDEObackend

Azərbaycan ordusunun Zod qızıl yatağına tam nəzarət etməsi ilə bağlı AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 25-də Kəlbəcərin azad olunmasından sonra erməni tərəfi süni şəkildə sərhəd xətlərini dəyişdirməyə çalışıb.

Baku TV xəbər verir ki, ermənilər Zod qızıl mədəninin böyük hissəsini öz ərazilərindən 1,5 kilometr Azərbaycan ərazisinin daxilinə tərəf dəyişməyə cəhd göstərib. Lakin Azərbaycan hərbçilərinin müdaxiləsindən sonra Zod qızıl mədənləri üzərində nəzarət tam olaraq Azərbaycan tərəfinə keçib.

Politoloq Əziz Əzizbəylinin sözlərinə görə, digər bir məsələ isə delimitasiya, yəni dövlət sərhədi xəttinin müqavilə ilə müəyyən olunması prosesi ilə bağlıdır.

“Azərbaycan istənilən formada sərhəd xətlərini dəqiqləşdirməkdə və dəyişməkdə müstəqildir”.

Qeyd edək ki, artıq sözügedən məsələ öz həllini tapıb və Azərbaycan ordusu Zod qızıl mədəninə nəzarəti tam olaraq həyata keçirib.