Azərbaycan öz ərazilərində yaşayacaq olan erməniəsilli insanlara qarşı tolerantlığını indidən hər bir formada göstərir-ŞƏRHbackend

Azərbaycan öz ərazilərində yaşayacaq olan erməniəsilli insanlara qarşı tolerantlığını indidən hər bir formada göstərir-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağdan köçü həyata keçirilən ermənilərin bir çoxu danışıqlarımda və verdikləri açıqlamalarda əraziləri özlərinin tərk etmək istəmədiklərini, oradakı separatçı qalıqlarının onları məcbur etdiklərini söyləyirlər. Bununla onlar ən başlıcası cəmiyyət içərisində panika yaratmağa çalışırlar. Hesab edirəm ki, orada üzdə Azərbaycana təslim olan, ancaq pərdə arxasında xain planlar quranlar hələ də Xankəndidə mövcuddur. Məhz onların məkrli hiyləgərliyi və erməni cəmiyyəti içərisində apardıqları saxta təbliğat vəziyyətin bu həddə çatmasına gətirib çıxardır”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Siyasi şərhçi bildirib ki, ərazilərimizdə erməniəsilli insanların qalmasında maraqlı olmayan xeyli sayda qüvvələr var:

“Onlar situasiyanı daha da gərginləşdirməyə çalışırlar. Əslində həm də onlar elə bir görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilər çoxdur. Eyni zamanda, gələcəkdə hər hansı beynəlxalq ictimaiyyətdən yardım toplamaq üçün oradan kütləvi şəkildə insanların köçünə nail olmağa çalışırlar. Əslində görünən odur ki, bu gün Azərbaycan öz ərazilərində yaşayacaq olan erməniəsilli insanlara qarşı tolerantlığını indidən hər bir formada göstərir. İstər köç prosesini müşayiət edən hərbiçilərin, polislərin insanlara yardım əlini uzatması, istərsə də prosesin dinc şəkildə davam etməsi Azərbaycan dövlətinin bu istiqamətdə də iradəsini nümayiş etdirir. Ona görə də artıq bu məsələlərdə hansısa manipulyasiyalar qəbuledilməzdir”

//Gülnarə Abasova, Editor.az