“Artıq neçənci dəfədir ki, Laçın dəhlizi vasitəsi ilə erməni separatçılarının silah daşınmasının şahidi oluruq. Nə Rusiya sülhməramlı kontingentinin komandanlığı, nə də Rusiya Müdafiə Nazirliyi bu xəbərə aydınlıq gətirmir. O cümlədən Rusiyanın Azərbaycandakı səfirliyi də bu məsələləri görməzdən gəlir”.
Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, bu fakt Azərbaycan və Rusiya arasında mövcud olan müttəfiqlik əlaqələrinə tamamilə ziddir:
“Azərbaycan öz ərazilərinin təkrar Rusiya tərəfindən silahlanmasına şəraitin yaradılması faktı ilə barışa bilməz. Azərbaycan həmin silahların toplandığı əraziləri, Azərbaycana qarşı atəşkəsin pozulduğu mövqelər ilə birlikdə məhv etməlidir. Həmin hissələrdə Azərbaycan ordusunun şəxsi heyətini və texnikasını yerləşdirməlidir.
Separatçıların silahlanmasının qarşısının alınması üçün Azərbaycan Laçın dəhlizini ya nəzarətinə götürməlidir, ya da koridoru Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nəzarətinə verməkdən başqa seçim yoxdur”.
//Safura Bənnayeva, Editor.az

