Azərbaycan polisi nümunə oldubackend

Azərbaycan polisi nümunə oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saatlarında Bakı məşum cinayət xəbəri ilə təlaşlanmışdı. Xətai rayonunda, “Əhmədli” metrostansiyasının yaxınlığında, bankomatlar və ödəniş terminallarının yerləşdiyi məkanda inkassatorlara hücum oldu.

Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Bankların inkasator avtomobillərinə hücumlar dünyanın istisnasız olaraq, bütün ölkələrində olur. Lakin çox az ölkələrdə ağır cinayət baş verəndən cəmi bir neçə saat sonra cinayətkarlar zərərsizləşdirilir.

Azərbaycan Polisi bunu bacardı.

Bu gün Xətai rayonu ərazisində “Bravo” hipermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, digəri isə məhv edilib.

2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada, tanışı olan qadının mənzilində gizlənmişdi.

Əməliyyat zamanı cinayətkarlar avtomat silahla polisə müqavimət göstəriblər.

İnkasator avtomobilinə hücum, ümumiyyətlə, araşdırılması və təhqiqatı ağır, hadisəni törədən şəxslərin müəyyənləşdirilərək aşkarlanması çətin olan ağır və mürəkkəb cinayətkarlar kateqoriyasına şamil olunur.

Avropa İttifaqı ölkələrində belə cinayəti törədənlərin həbs edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı statistikaya nəzər salsaq, EUROPOL-un hesabatlarına görə, orta müddət 12-36 sutka təşkil edir.

Çində bu rəqəm 7-43 sutka, ABŞ-da 2-38 sutka, Rusiyada 3-32 sutka təşkil edir.

Səbəb inkasator avtomobilinə silahlı hücumun, yəni ictimai baxımdan xüsusilə ağır və fəsadlı sayılan cinayətin spontan törədilməməsi, bir qayda olaraq uzun müddət, təfərrüatla hazırlanmasıdır.

Bu səbəbdən inkasator avtomobilinə hücum əksər hallarda bank soyğunlarına adekvat ağırlıqda cinayət sayılır.

Azərbaycanda isə polisimiz müəyyən mənada rekord vuraraq çox qısa müddətdə, operativ olaraq cinayətkarları zərərsizləşdirdi.

Şəhərin mərkəzində, “Tarqovı” adlanan məkanda atışmanın belə olmasına rəğmən, dinc insanlar arasında xəsarət alanların olmaması da mütləq şəkildə hüüquq-mühafizə orqanlarımızın müstəsna uğuru sayıla bilər.

“Mənim polisim məni qoruyur” ifadəsi Azərbaycanda gerçəkdir və deyim bu gün bir daha sübut olundu.