Azərbaycan Prezidenti: “Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik”backend

Azərbaycan Prezidenti: “Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik. Biz onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.

“Çünki bizdə, Azərbaycanda iqlim dəyişikliyi problemdirsə, bu, həmin ada dövlətlərinin mövcudluğuna olan təhlükədir. Biz bu işə məsuliyyətlə yanaşırıq”, – deyə dövlətimizin başçısı əlavə edib.