Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcəkbackend

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 10-da Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat verib.

Məlumata görə, Azərbaycan dövlət başçısı qardaş ölkəyə işgüzar səfər edəcək.

Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.