Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə fikir mübadiləsi aparıbbackend

Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə fikir mübadiləsi aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Baş naziri Fam Min Tin ilə görüşüb.

“Report” xəbər verir ki, qeyri-rəsmi qısa söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.