Azərbaycan Prezidenti Qarabağın bərpasında iştiraka görə Şavkat Mirziyoyevə təşəkkür edibbackend

Azərbaycan Prezidenti Qarabağın bərpasında iştiraka görə Şavkat Mirziyoyevə təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə, göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə deyib.

Qarabağın bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirən dövlətimizin başçısı qeyd edib ki, bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. “Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik”, – deyə Azərbaycan Prezidenti əlavə edib.