Azərbaycan Prezidenti: “Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək”backend

Azərbaycan Prezidenti: “Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bura, bu bölgə (Zəngilan – red.) çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək”.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq – qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.