Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edirbackend

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin, dövlət başçılarının, nəhəng şirkət və təşkilat rəhbərlərinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

President.az-ın məlumatına görə, Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Prezidentinə yazır:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə cansağlığı, firavanlıq, Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla gerçəkləşməsini, bütün Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni və böyük nailiyyətlər arzulayıram”.

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul da İlham Əliyevi təbrik edib:

“Möhtərəm cənab Prezident.

İcazə verin, qaqauz xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün planlarınızın uğurla həyata keçməsini arzulayıram.

Sizin zəngin siyasi təcrübəniz, enerjiniz və peşəkarlığınız, eləcə də ən çətin məsələlərdə düzgün qərar vermək bacarığınız sayəsində Azərbaycan bu gün böyük iqtisadi nailiyyətlər qazanıb və inkişaf etmiş beynəlxalq subyektlərdən biridir.

Eyni zamanda, icazə verin, Qaqauz sakinlərinə göstərilən diqqətə, eləcə də Qaqauz Muxtariyyəti ilə əməkdaşlığın inkişafına verdiyiniz böyük töhfəyə görə Sizə dərin minnətdarlığımı bildirim. Qaqauz regionunun təşəbbüslərinə Sizin diqqətiniz etimadlı qarşılıqlı münasibətlərin sübutudur.

Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının tərəqqisi və inkişafı naminə ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram”.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan gələn təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.

bp şirkəti olaraq biz Azərbaycanda dünyamiqyaslı enerji layihələrinin əməliyyatçısı olmaqdan qürur duyuruq. Bu strateji enerji layihələrinin gerçəkləşməsi Sizin rəhbərliyiniz və daimi dəstəyiniz sayəsində mümkün olub.

Biz Azərbaycan hökuməti və SOCAR ilə səmərəli əməkdaşlığımızdan məmnunluq duyuruq və bu strateji tərəfdaşlığın uzun illər davam edəcəyinə əminik.

Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə də təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və Azərbaycan xalqına firavanlıq, sülh və rifah arzulayıram”.