“Azərbaycan “qarayaxma” kampaniyası aparanlara layiqli cavab verib”- Millət vəkilibackend

“Azərbaycan “qarayaxma” kampaniyası aparanlara layiqli cavab verib”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüf ki, bu gün də erməni diasporası Azərbaycana qarşı revanşist hislərlə yaşayır”.

Bu sözləri Editor.az-a Qərbi Azərbaycan İcmasının Luis Okamponun növbəti qondarma hesabatına verdiyi cavabla bağlı danışarkən millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ermənilər Azərbaycana qarşı informasiya müharibəsi aparır və sülh istəmir:

“Erməni diasporası bu prosesdə antiAzərbaycan kampaniyasında özünə İslamafob düşüncənin sahibi olan, yeni yürüşçülər də cəlb etməklə İslam mədəniyyətinə, Azərbaycan tarixinə ləkə və kölgə salmağa çalışırlar. Onlardan biri də Luis Okamponundur. Luis Okamponun Azərbaycanı baş verməyən hadisələrlə bağlı ittiham edir. Daha doğrusu, ermənilərin Azərbaycana qarşı törətdikləri Xocalı soyqırımını tam tərsinə ifadə etməklə, bunu ermənilərin hüquqlarının pozulması kimi qiymətləndirir. Eyni zamanda, Azərbaycan ərazisində olmayan inzibati vahidləri qondarma erməni adları ilə təqdim edir. Beləliklə, ermənidən daha çox erməni olmağa çalışır.

Lakin artıq bu şər-böhtan mərhələsi arxada qalıb. Azərbaycan bu qarayaxma kampaniyası aparanlara layiqli cavab verib və bu onların son çırpıntılarıdır. Luis Okampon həqiqətən də hüquq müdafiəçisidirsə, 300 min Qərbi azərbaycanlının ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmasından danışsın. Yalnız bu zaman Luis Okampon həqiqətdən bəhs etmiş olar. İndi isə o, yalnız şər-böhtan atmaqla məşğuldur. Bu cür addımlar isə Azərbaycanla Ermənistan arasında sülhün imzalanması prosesinə heç bir müsbət  nəticə gətirməyəcək”.

//Səbinə Hüseynli, Editor.az