Azərbaycan qaz ixracını 13%-dək artırıbbackend

Azərbaycan qaz ixracını 13%-dək artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 3,7 milyon tona yaxın neft ixrac edilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu müddət ərzində şirkət tərəfindən 148 mln kubmetrdən çox qaz həcmləri təşkil edilib.

Bu ilin üçüncü rübündə ölkə daxilində 2,3 mlrd kubmetrə yaxın qaz istehlak olunub, 3 milyard kubmetrdən artıq qaz isə ölkədən ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% çoxdur.

Rüb ərzində həm də SOCAR-ın müəssisələrindən istehsal olunmuş 571 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.