“Azərbaycan-Qazaxıstan əlaqələrinin böyük perspektivləri var”-ŞƏRHbackend

“Azərbaycan-Qazaxıstan əlaqələrinin böyük perspektivləri var”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Qazaxıstanla münasibətləri çox təqdirəlayiqdir. Belə ki, hər iki ölkə regionun önəmli güc mərkəzlərindən biridir”.

Bu sözləri Editor.az-a Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı danışarkən politoloq Tural İsmayılov deyib.

 

Onun sözlərinə görə, hər iki ölkənin özünə xas dəyərli geopolitik mövqeyi var. Azərbaycan Avropa ilə Asiya arasında vacib nöqtələrdən birini təşkil edir:

“Qazaxıstan isə Mərkəzi Asiyada çox vacib iqtisadi-siyasi güc mərkəzlərindən biri kimi özünü nümayiş etdirir. Bu baxımdan istər Türk Dövlətləri Təşkilatında, istərsə də Azərbaycanla Qazaxıstanın birgə və ortaq şəkildə iştirak etdiyi digər təşkilatlarda iki ölkənin əlaqələri yüksək səviyyədədir. Hazırda da Azərbaycanın Qazaxıstanla əlaqələri yüksələn xətlə irəliləyir və bu əlaqələrin perspektivləri hər iki ölkə üçün çox vacibdir. Nəzərə almaq lazımdır ki, daim iki ölkə rəhbərləri arasında rəsmi səfərlər təşkil olunur. Təkcə son bir il ərzində cənab Prezident İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri iki ölkə münasibətlərinin bugünkü ruhunun yüksək səviyyədə olmasından xəbər verir. Bu baxımdan Azərbaycan-Qazaxıstan əlaqələrinin perspektivlərinin bölgəyə mühüm təsirləri olacaq”.

//Səbinə Hüseynli, Editor.az