Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası gələn ay Bakıda keçiriləcəkbackend

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası gələn ay Bakıda keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Qazaxıstan iyulda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirəcəklər.

Bu barədə “Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.

“Əminik ki, Hökumətlərarası Komissiyanın iyulda Bakıda keçiriləcək iclası iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığımızı daha da dərinləşdirəcək”, – Qazaxıstan hökumətinin nümayəndəsi qeyd edib.

O bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dollarını ötüb.

Qazaxıstan hökumətinin nümayəndəsi, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafını vurğulayıb: “2024-cü ildə bu marşrut üzrə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb”.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2024-cü ilin mart ayında Astanada keçirilib.