Azərbaycan, Qazaxıstan və Özbəkistanla birgə Avropaya yaşıl enerji ixrac edəcəkbackend

Azərbaycan, Qazaxıstan və Özbəkistanla birgə Avropaya yaşıl enerji ixrac edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Qazaxıstan və Özbəkistan texniki spesifikasiyalar hazırlamaq və gələcəkdə Avropaya yaşıl enerji ixrac etmək üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.

Editor.az Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə razılıq üç ölkənin energetika və iqtisadiyyat nazirlərinin Bakıda keçirilən görüşündə əldə olunub. İclasdan sonra nazirliklərin rəhbərləri birgə kommünike imzalayıblar.

Orada “ölkələrin bərpa olunan enerji sahəsində potensialı və alternativ mənbələrdən elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqları” qeyd edilib. Nazirlər enerji mübadiləsi, yaşıl hidrogen və yaşıl ammonyak ixracının inkişafı, eləcə də müvafiq infrastruktur sahəsində əməkdaşlıq üçün texniki tapşırıqların hazırlanması üçün işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Təsdiq olunmuş texniki şərtlər əsasında layihənin ilkin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün tenderin elan edilməsi nəzərdə tutulur.

Üç ölkənin nümayəndələri həmçinin layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini araşdırmaq barədə razılıq əldə olunub. Onun təxmini dəyəri və mümkün tətbiq vaxtı verilmir.

//Samir Qurbanov, Editor.az