Azərbaycan qılıncoynadanı Polşadakı beynəlxalq turnirdə bürünc medal qazanıbbackend

Azərbaycan qılıncoynadanı Polşadakı beynəlxalq turnirdə bürünc medal qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medala sahib olub.

Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran sablyaçı pley-offda ardıcıl olaraq Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

A.Hüseynov finalın bir addımlığında sonradan turnirin qalibi olan fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzaraq yarışı üçüncü pillədə tamamlayıb.