Azərbaycan qırıcıları Ukraynada vurulmayıb – TƏKZİBbackend

Azərbaycan qırıcıları Ukraynada vurulmayıb – TƏKZİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni mətbuatı iddia edir ki, guya müharibədən əvvəl Ukrayna zavodları Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus bir neçə MiQ-29 qırıcı təyyarələrini əsaslı təmir edərək modernləşdirirmiş.

Rusiya ordusunun fevralın 24-də Ukraynaya qarşı başladığı hava hücumları zamanı isə həmin zavodların birində təmirdə olan Azərbaycanın 4 MiQ-29 təyyarəsi vurulub.

Editor.az bizim.media-ya istinadən bildirir ki, adının açıqlanmasını istəməyən mənbə bildirib ki, həmin tarixdə Azərbaycanın heç bir təyyarəsi Ukrayna zavodlarında təmirdə olmayıb.

“Bu, erməni mətbuatının növbəti feyk xəbəridir”, deyə mənbə yekunlaşdırıb.