Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisinin startında bolidlər bir-birinə çırpılıb.
Editor.az xəbər verir ki, gənc pilotların əsas yarışının startında 5 bolid bir-birinə çırpılıb.
Qeyd edək ki, “Formula-2” üzrə əsas yarış başa çatdıqdan sonra saat 15:00-da “Formula-1” üzrə əsas yarışa start veriləcək. Yarışın finişindən sonra isə Azərbaycan Qran-prisinə yekun vurulacaq.