Azərbaycan Qran-Prisi üçün neçə həkim briqadası ayrılıb?backend

Azərbaycan Qran-Prisi üçün neçə həkim briqadası ayrılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən “Formula 1” üzrə dünya çempionatının altıncı – Azərbaycan Qran-Prisi zamanı ilkin tibbi yardım yüksək səviyyədə göstəriləcək.

Səhiyyə Nazirliyindən “Report“un sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım 31 may – 7 iyunda bir sıra məkanlarda növbətçilik edəcək.

Saat 8:00-dan 21:00-dək yarışın marşrutu üzrə hazırlıq işləri aparılan zaman xəsarət alanlara ilkin tibbi yardım göstərməsi üçün “Hilton” otelinin və Dəniz vağzalının yaxınlığında, qapalı dairədə qalan Hökumət Evi və ətrafı, İçərişəhər yaşayış massivi dairəsində yaşayan əhaliyə fasiləsiz ilkin tibbi yardımı təmin etməkdən ötrü hər birində 3 briqada, 2 keçidin hər birində isə 1 briqada olmaqla, 8 təcili tibbi yardım briqadası, səhər saat 8:00-dan yarışlar bitənədək marşrut üzrə 12 briqada, Atletlər kəndində isə 2 təcili yardım briqadası fasiləsiz növbətçilik çəkəcək.

Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi 6 iyunadək davam edəcək.