Azərbaycan Respublikası Dövlət Neft Fondu bu ilki texniki zərəri nə qədərdir?-Açıqlamabackend

Azərbaycan Respublikası Dövlət Neft Fondu bu ilki texniki zərəri nə qədərdir?-Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 886,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 106,2 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,8 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) hesabatında bildirilib.
2022-ci il sentyabrın 30-a ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 0.80% artaraq 45 386,4 milyon ABŞ dolları təşkil edib.

Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, 4.5 milyard manatmanatın ekvivalenti 2.6 milyard dollardan çox edir. : “Bu texniki zərər adlanır.
İlin əvvəlində avronun, Britaniya fondunun dollara nisbətdə kursunu bugünlə müqayisə etdikdə ilin əvvəlində 1.3,1.4 idisə, indi 1 dollardan aşağıdır.

Bunun nəticəsində Azərbaycan dövlət Neft Fondunun aktivlərinin yarıdan çoxu Amerika Birləşmiş Ştatları dollarındadır.
Onun 35%-i avro, 5%-i Britaniya fondunda yerdə qala hissəsi isə digər valyutalardadır. Bu azalma nəticəsində kursların müqayisəsində digər valyutalar ucuzlaşıb.
Buna görə həmin aktivlərdə saxlanılan gəlir texniki ziyan kimi azalır. Məsələn bir ildən sonra əgər kurs dəyişərsə, yenidən 5 milyard manat əlavə qazanc əldə etmək mümkündür. Bu bir növ şirkətlərin aksiyasıdır”.

//Safura Bənnayeva,Editor.az