Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunda yüksək təyinat baş tutub.
Müvafiq əmrə əsasən Hüseyn Məmmədov Fazil oğlu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutun sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd etmək istərdik ki, Hüseyn Məmmədov bugünədək bir çox qeyri-hökumət təşkilatlarında və müxtəlif özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb, həmçinin 2018-2023-cü illər ərzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi, Azərbaycan Turizm Bürosunun bölmə müdiri və departament direktoru vəzifələrində fəaliyyət göstərib.