Azərbaycan Rusiyadan cavab gözləyir – Vəziyyət gərginləşməyə doğru gedirbackend

Azərbaycan Rusiyadan cavab gözləyir – Vəziyyət gərginləşməyə doğru gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rus sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərinə səfəri çox böyük bir təxribatdır”. 

Bunu  açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Azərbaycan hakimiyyəti Rusiyaya vaxt verir ki, Paşinyanın bu təxribatlarının qarşısı alınsın:

“Digər təxribatları – əsgərlər arasında atışmalar və yaxud mülki şəxslərin iştirakı ilə olan insidentlər, bunlar hamısı xüsusi planlaşdırılmamış, anidən əmələ gələn məsələlər ola bilər. Amma Ermənistanın hökümət üzvü, ələxsus müdafiə naziri və XİN rəhbəri, – hanıslar ki, Azərbaycan-Ermənistan münasibətlərində məhz bu iki vəzifə xüsusi önəm daşıyır, – Azərbaycan ərazisinə qanunsuz səfəri birbaşa olan təxribatdır.

Biz görürük ki, vacib sənədlərin qəbul olunması ərəfəsində bu prosesi dayandırmaq, ləngitmək üçün Ermənistan rəhbərliyi bir neçə xırdalı-böyüklü təxribatlara gedib. Həm Kəlbəcərdə mülki texnikanın atəşə tutulması fonunda, həm Qaragöl ətrafında baş verən son hadisələr fonunda bunu gördük. Ən böyük təxribat isə təbii ki, müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazisinə səfəri idi. Çünki Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, Azərbaycanın buna reaksiyası necə olacaq. Bu da öz növbəsinə son həftələr ərzində yaranmış müsbət dinamikaya xələl gətirə bilər.

Maraqlısı ondan ibarətdir ki, Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi öz bəyanatlarında ancaq Ermənistan tərəfini təxribatda günahlandırdı. Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı isə narazılıq formasında heç bir ifadə yer almadı. Bəyanatlarda Ermənistanın Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə saldığını ifadə etdi. Amma keçmiş bəyanatlarda Qarabağla bağlı olan problemli məsələlərin işıqlandırılması zamanı Azərbaycan tərəfi Ermənistanın adını çəkmirdi, ancaq Rusiya sülhməramlılarının qarşılarına bir iddia kimi məsələ qaldırırdı. Bu indiki forma onu göstərir ki, Azərbaycan Rusiyadan cavab gözləyir. Çünki məhz Rusiyadan (Peskov tərəfindən – red) üçtərəfli görüşün olması haqqında məlumatlar daxil olmuşdu, məhz Rusiyanın baş nazirinin müavini bu yaxınlarda İrəvana səfər edib, Nikol Paşinyanla görüşmüşdü və yenidən kommunikasiyaların açılması ilə bağlı tam təfsilatı ilə məlumat vermişdi.

Belə görünür ki, Azərbaycan hakimiyyəti Rusiyaya vaxt verir ki, Paşinyanın bu təxribatlarının qarşısı alınsın və o, nəhayət götürdüyü öhdəlikləri həyata keçirsin, yəni kommunikasiyların açılması ilə bağlı prosesə start versin. Düşünürəm ki, bu müddət çox qısa bir müddət olacaqdır və daha sonra əgər Rusiya tərəfindən hər hansısa bir addım atılmasa Azərbaycan artıq birtəfərli qaydada öz tədbirlərini həyata keçirəcək. Çünki keçmiş bəyanatlarda Rusiya sülhməramlılarının fəaliyyət(sizliy)inə qarşı fikirlər səsləndirilirdi, bu dəfə bu fikirlər səsləndirilmədi. Elə bir təəssürat yaranır ki, Rusiya Ermənistanı təhrik edir, stimullaşdırır ki, o, bu sənədləri qəbul etsin, Ermənistan onu etmir. Əksinə olaraq təxribatlar törədir ki, bu proses baş verməsin, günahı da Azərbaycanın üzərinə atsınlar. Azərbaycan da elə bil ki, Rusiyaya belə bir imkan yaradır ki, Ermənistanı kosntruktiv yola çəksin.

Doğrusu hazırki vəziyyət mənə 2020-ci ilin yaz aylarını xatırladır. Nə vaxt ki, Lavrov bildirmişdi ki, masa üzərində mərhələli plan var və müzakirə olunur. 2 saatdan sonra Ermənistanın XİN rəhbəri Lavrovun açıqlamasını yalanlamışdı, demişdi ki, elə bir sənəd yoxdur. Və bu, açıq aydın o demək idi ki, Ermənistan hətta danışıqlardan imtina edir. İndiki vəziyyət də həmin vəziyyəti xatırladır. Ermənistanın bu təxribatı da həmin hərəkətlərin təkrarıdır. Onun nəticəsi də müharibə ilə nəticələndi və Ermənistan ağır məğlubiyyətə uğradı. Ermənistani Azərbaycan nəyə ümid edir, onu zaman göstərəcək”.

Milli.az