“Azərbaycan seçicisi 7 fevralda bir daha dünyaya demokratiya ilə xaosun fərqini göstərdi”- ŞƏRHbackend

“Azərbaycan seçicisi 7 fevralda bir daha dünyaya demokratiya ilə xaosun fərqini göstərdi”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu seçkilər Azərbaycan xalqının,dövlətinin və ümumiyyətlə Cənubi Qafqazın tarixində yeni eranın başlanğıcı sayıla bilər”.

Bu sözləri Editor.az-a politoloq Fəqani Məhərrəmli Azərbaycanda 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı şərhində deyib.

Onun sözlərinə görə, Azərbaycan seçicisi 7 fevralda bir daha dünyaya demokratiya ilə xaosun fərqini göstərdi:

“44 günlük Savaşda əsgər millət anlayışını ortaya qoyan xalqımız bu seçkilərdə də demokratik xalq imicini bir daha bəyan etmiş oldu.Yüksək seçici fəallığı, peşəkar seçki komissiyaları demokratiyanın əsl təntənəsi oldu. Dünyanın müxtəlif ölkələrindən və təşkilatlarından gələn xarici müşahidəçilərin obyektiv və müsbət rəyləri dediklərimizi sübut edir”.

//Gülnarə Abasova, Editor.az