Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edibbackend

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquqi məsələlər idarəsinin rəisi Seyid Əli Musəvi ilə ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İİR XİN-in Beynəlxalq hüquqi məsələlər İdarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb, ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Xatırladaq ki, daha öncə Azərbaycanın xarici siyasət idarəsi Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar Tehrana başsağlığı vermişdi.