Azərbaycan sərhədində döyüşə hazırlıq gedir: Minlərlə hərbçi silahlandırıldıbackend

Azərbaycan sərhədində döyüşə hazırlıq gedir: Minlərlə hərbçi silahlandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan döyüş hazırlıqlarına başlayıb.

Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən Yerkrapa birliyinin rəhbəri, Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikayelyan mövqelərə baxış keçirib.

İrəvan mətbuatında yayımlanan xəbərlərə əsasən, Mikayelyan sərhəddə qruplaşma üzvləri ilə görüşüb. Mövqelərdə “xidmət”in yaxşı həyata keçirildiyini, mənəvi-psixoloji vəziyyətin yaxşı olduğunu bildirib. Qruplaşmanın komandirləri isə döyüşə hazır olduqlarını vurğulayıblar.

Sözügedən qruplaşmanın 10 mindən çox üzvünün olduğu və həmin şəxslərin hərbi təlimlərə cəlb olunduğu haqda məlumatlar açıqlanır. Orada xidmət edənlərin əksəriyyəti Birinci Qarabağ Müharibəsi dövründə iştirak edənlərdir.

Ermənistanın Fransa, Yunanıstan, Hindistan kimi ölkələrdən hücum silahları və texnikalar alması və Mikayelyanın mövqelərə baş çəkməsini də nəzərə alsaq, bütün bunlar rəsmi İrəvanın öz revanşist mövqeyindən vaz keçmədiyini bir daha sübut edir.

Yenisabah.az