Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 17 % artırıbbackend

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 17 % artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il yanvarın 1-nə Azərbaycanın valyuta ehtiyatları 67 milyard 682,7 milyon ABŞ dolları təşkil edib.

Bunun 82,8 %-i və yaxud 56 milyard 69,7 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 17,2 %-i və yaxud 11 milyard 613 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 383,4 milyon ABŞ dolları və yaxud 3,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 545,7 milyon ABŞ dolları və yaxud 1 %, AMB-nin valyuta ehtiyatlarında isə 1 milyard 837,7 milyon ABŞ dolları və yaxud 18,8 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 9 milyard 653,4 milyon ABŞ dolları və yaxud 16,6 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 7 milyard 36,1 milyon ABŞ dolları və yaxud 14,3 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 617,3 milyon ABŞ dolları və yaxud 29,1 % artım nümayiş etdirib.

ARDNF-in

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.01.2024 56 069,7 11 613.0 67 682,7
01.10.2023 55 524,0 9 775,3 65 299,3
01.07.2023 54 915,1 9 195,9 64 111,0
01.04.2023 53 437,6 9 133,0 62 570,6
01.01.2023 49 033,6 8 995,7 58 029,3