Azərbaycan ştammı da yayıla bilər – HƏYƏCAN TƏBİLİbackend

Azərbaycan ştammı da yayıla bilər – HƏYƏCAN TƏBİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Test istənilən ştammı müəyyən edir. Ola bilər ki, test verən zaman nəticə neqativ olsun, ya da testin cavabından bir gün sonra simptomlar əmələ gəlsin və testin nəticəsi müsbət olsun”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, Britaniya ştammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür:

“Çünki ştammlar bütün dünyaya yayılır. İlkin ştamm kimi digərləri də yayılacaq. Hətta fantastik bir şey də deyim ki, Britaniya ştammına uyğun olaraq yerli Azərbaycan ştammı da yayıla bilər”.

Loading...