Azərbaycan sülh sazişi üzrə danışıqlara həmişə hazır olub, İrəvan isə yox – Mariya Zaxarovabackend

Azərbaycan sülh sazişi üzrə danışıqlara həmişə hazır olub, İrəvan isə yox – Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hakimiyyəti Ermənistanla sülh sazişi üzrə danışıqlara həmişə hazır olub, lakin bunu İrəvan haqqında demək olmaz.

Editor.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib. Diplomat bildirib ki, Rusiya tərəfi hər iki ölkəyə dəvət göndərib, görüşlər Moskvada və ya üçüncü ölkələrdə keçirilə bilər.

“Bakı hər zaman danışıqlara hazır olduğumuzu təsdiqləyib. Təəssüf ki, erməni tərəfdaşlarımız haqqında bunu deyə bilmərik”, – Mariya Zaxarova deyib. Xarici İşlər Nazirliyinin nümayəndəsinə görə, İrəvan əmindir ki, Amerika, Avropa və Fransa “məsləhətçiləri” Ermənistana daha maraqlı və faydalı nəsə verə bilərlər.
Bununla belə, diplomat vurğulayıb ki, həmişə öz əvvəlki təcrübəyə və qonşuların inkişafına diqqət yetirməyin mənası var.

//Samir Qurbanov, Editor.az